Ermənistan Cənubi Qafqaza NATO qoşunlarını gətirir? - Əgər KTMT-dən çıxarsa...
“Cümə axşamı Moskvada Əliyevlə Paşinyan arasında keçiriləcək görüşün nəticəsi nə olursa olsun, Kreml və Smolenskaya meydanında(Rusiya XİN-in yerləşdiyi məkan- S.L.) bunu Rusiyanın himayəsi altında davam etdirilməli olan sülh sazişinə doğru ciddi irəliləyiş kimi elan ediləcəyinə şübhə yoxdur”.
Moderator.az xəbər verir ki, bunu özünün “Facebook” səhifəsində rusiyalı politoloq, MDB ölkələri üzrə ekspert Aleksandr Dubnov yazıb.
“Ola bilsin ki, hətta Qərbin bu prosesdə rolu riyakar şəkildə qeyd olunsun. Amma KTMT-nin “Ermənistanı tərk etməsi” ilə nə ediləcəyini söyləmək çətindir. Problem daha çox mahiyyətlə yox, imiclə bağlıdır. Aydındır ki, bu gün Təşkilatdakı tərəfdaşlardan heç biri İrəvanı belə bir qərar vermək qətiyyətində dəstəkləməyəcək. Digər tərəfdən, Rusiya bu gün Ermənistanı silahla təmin etməyə çətin ki, hazırdır. Çünki özünün də bununla bağlı problemləri var"- deyə politoloq bildirib.
Ekspert əlavə edib ki, Qarabağın Azərbaycanın tərkibinə daxil olacağını təsdiqləyən sülh müqaviləsi imzalanarsa, sülhməramlılar bölgədən çıxarılmalı olacaq.
“Və Ermənistan KTMT-dən çıxsa, onun ərazisində ABŞ və ya NATO-nun hərbi infrastrukturunu, bazalarını yerləşdirmək hüququ olacaq...”- deyə rusiyalı politoloq vurğulayıb.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var