SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İlham Əliyev Oman Sultanını təbrik etdi

İlham Əliyev Oman Sultanını təbrik etdi

Tarix:

15-01-2020, 19:16

/ 833 dəfə oxundu.
İlham Əliyev Oman Sultanını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

"Əlahəzrət,

Omanın yeni Sultanı elan olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Oman Sultanlığını ənənəvi dostluq münasibətləri birləşdirir. İnanıram ki, möhkəm təməl üzərində qurulmuş əlaqələrimiz bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Oman xalqının rifahı naminə qarşıdakı ali fəaliyyətinizdə uğurlar diləyirəm".

Şərhlər

XƏBƏR LENTİ