SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Azərbaycan və Bolqarıstan prokurorluqları arasında əməkdaşlıq uğurla davam etdirilir

Azərbaycan və Bolqarıstan prokurorluqları arasında əməkdaşlıq uğurla davam etdirilir

Tarix:

12-06-2017, 17:54

/ 78 749 dəfə oxundu.
Azərbaycan və Bolqarıstan prokurorluqları arasında əməkdaşlıq uğurla davam etdirilir

Azərbaycan Respublikası və Bolqarıstan Baş Prokurorluqları arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məqsədi ilə iki ölkənin prokurorluq orqanları arasında imzalanmış əməkdaşlıq proqramına müvafiq olaraq iyunun 12-də Bolqarıstan Respublikasının Baş prokuroru Sotir Tsatsarovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlmişdir.
Səfər çərçivəsində Fəxri xiyabana gələn Bolqarıstan nümayəndə heyətinin üzvləri müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edərək məzarı önünə əklil qoymuş, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzmüşdür.
Şəhidlər Xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğunda nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Ölkələrimiz arasında səmərəli dostluq və əməkdaşlıq münasibətlərini vurğulayan Baş prokuror Zakir Qaralov bu əlaqələrin inkişafında dövlət başçılarımızın xüsusi rolunu qeyd etmiş, hüquqi əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğunu bildirmişdir.
Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları, o cümlədən prokurorluğun fəaliyyəti üçün beynəlxalq-hüquqi standarlara cavab verən normativ-hüquqi bazanın yaradılması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin qarşıda duran digər vəzifələr barədə ətraflı məlumat vermişdir.
Baş prokuror Bolqarıstan nümayəndə heyətinin üzvlərinə həm inzibati, həm də vətəndaş-məmur münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edən qabaqlayıcı tədbirlər, o cümlədən Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi barədə məlumat verərək, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumun şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından da ciddi nailiyyətlər əldə etdiyini bildirmişdir.
S.Tsatsarov Azərbaycana səfər etməkdən məmnunluğunu ifadə edərək iki ölkə arasında qurulmuş ikitərəfli münasibətlərin yalnız hüquq mühafizə orqanları arasında deyil, mədəni, iqtisadi və digər sahələrdə də yüksək təşəkkül tapdığını bildirmişdir. Qeyd edilən əməkdaşlığın bariz nümunəsi kimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkələrimizin bir-birinə daha da yaxınlaşması işinə əhəmiyyətli töhfə vermiş Bolqarıstanın Veliko Tırnovo mədəni layihəsində fəal iştirakını yüksək qiymətləndirən qonaq bu dəyərli təşəbbüsə görə Azərbaycan tərəfinə öz dərin minnətdarlığını ifadə etmişdir.
Xoş sözlərə görə S.Tsatsarova təşəkkürünü bildirən Baş prokuror Azərbaycan tarixinə müstəqil dövlət qurucusu kimi daxil olmuş ümummilli lider Heydər Əliyevin adını daşıyan Fondun Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, Azərbaycan xalqının maddi rifahının yaxşılaşması naminə böyük işlər gördüyünü, eləcə də digər ölkələrdə müxtəlif sosial-mədəni təşəbbüslərlə çıxış etdiyini, genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti ilə məşğul olduğunu xüsusi vurğulamışdır.
Görüşdə həmçinin iki ölkənin prokurorluq orqanları arasında sıx əməkdaşlığın müxtəlif aspektləri üzrə faydalı fikir mübadiləsi aparılmış, dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədilə Azərbaycan və Bolqarıstan Baş Prokurorluqları arasında imzalanmış “Korrupsiyaya qarşı mübarizədə milli təcrübələrin öyrənilməsi” mövzusunda birgə fəaliyyət planı çərçivəsində ölkələrimizin nümayəndə heyətlərinin cari ilin may ayında baş tutan qarşılıqlı işgüzar səfərlərinin əhəmiyyəti qeyd edilmiş, əməkdaşlıq imkanlarının gələcək perspektivləri müzakirə edilmiş və birgə səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunmuşdur.
Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
Azərbaycan və Bolqarıstan prokurorluqları arasında əməkdaşlıq uğurla davam etdirilir
Azərbaycan və Bolqarıstan prokurorluqları arasında əməkdaşlıq uğurla davam etdirilir
Azərbaycan və Bolqarıstan prokurorluqları arasında əməkdaşlıq uğurla davam etdirilir
Azərbaycan və Bolqarıstan prokurorluqları arasında əməkdaşlıq uğurla davam etdirilir
Azərbaycan və Bolqarıstan prokurorluqları arasında əməkdaşlıq uğurla davam etdirilir

Şərhlər

XƏBƏR LENTİ