Zakir Həsənov türk generalı medalla təltif etdi (FOTO)
İyunun 12-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Quru Qoşunlarının komandanı ordu generalı Salih Zeki Çolak ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Z.Həsənov ölkələrimiz arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO çərçivəsində aparıldığını, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişlənərək inkişaf etdiyini xüsusi vurğulayıb.
Azərbaycana növbəti dəfə səfərindən məmnunluq hissi ilə danışan ordu generalı S.Çolak Naxçıvanda keçirilən birgə taktiki təlimlərin əhəmiyyətini qeyd edərək dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Azərbaycanın Türkiyənin vacib tərəfdaşı olduğunu bildirib.
Sonra regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan ilə Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də təcrübə mübadiləsi məqsədilə mütəxəssis heyətlərinin qarşılıqlı səfərlərinin təşkili, müxtəlif qoşun növlərinin iştirakı ilə hər iki ölkədə hərbi təlimlərin keçirilməsi və digər maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Türkiyə Quru Qoşunlarının komandanı ordu generalı S.Çolak Azərbaycanı “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?