SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Bayramov və Çavuşoğlu regional vəziyyəti müzakirə etdi

Bayramov və Çavuşoğlu regional vəziyyəti müzakirə etdi

Tarix:

23-05-2022, 16:20

/ 480 dəfə oxundu.
Bayramov və Çavuşoğlu regional vəziyyəti müzakirə etdi

 
22 may 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiye Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər, ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin üçtərəfli formatda əməkdaşlıq məsələləri, regional vəziyyət, o cümlədən Ukrayna ilə bağlı məsələlər müzakirə edilib.

Şərhlər

XƏBƏR LENTİ