“Rusiya Azərbaycan prezidentinin müstəqil siyasətini yaxın buraxmaq istəmir”
“Rusiya faktiki Azərbaycanın müstəqiliyyini qəbul etmək istəmir. Eyni zamanda, Azərbaycanın dövlət başçısının müstəqil siyasətini yaxın buraxmaq istəmir”.
Bunu millət vəkili Vahid Əhmədov parlamentdəki çıxışı zamanı deyib. O, qeyd edib ki, Rusiya hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanla təhdid dili ilə danışır: “Biz də buna hazır olmalıyıq. Bununla yanaşı, Azərbaycanda yaşayan rusdilli insanlara qarşı münasibəti eyni səviyyədə saxlamalıyıq. Bu məsələdə diqqətli olmalıyıq. Kimlərsə bundan ölkəmizə qarşı istifadə etməsinlər”.
V. Əhmədov eyni zamanda, Beynəlxalq Bankın ətrafında son günlər yaranmış duruma toxunub. O, qeyd edib ki, bu bankdakı vəziyyət Azərbaycanın maliyyə bazarlarına təsir etmək gücündədir: “Hesab edirəm ki, dövlət televiziyasında aidiyyatı qurumların rəhbərləri yaranmış vəziyyətlə bağlı açıqlama verməli və vəziyyəti olduğu kimi izah etməlidirlər. Çünki bu, ciddi müzakirə obyektidir”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?