SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Azərbaycan humanitar təşəbbüslərlə çıxış edən ölkədir

Azərbaycan humanitar təşəbbüslərlə çıxış edən ölkədir

Tarix:

2-06-2021, 14:20

/ 482 dəfə oxundu.
Azərbaycan humanitar təşəbbüslərlə çıxış edən ölkədir

İki ilə yaxındır ki, dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan ona qarşı ən effektiv, səmərəli mübarizə aparan ölkələr sırasında yer aldı. Ötən illər ərzində bu istiqamətdə həyata keçirilən tədbirlər və əldə edilən nəticələr də belə deməyə əsas verir.
Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenə də qlobal liderlik keyfiyyətini və təşəbbüskarlığını ortaya qoyaraq çox mühüm ideyalar irəli sürüb. Rəsmi Bakının təşəbbüsü ilə ötən müddət ərzində keçirilən beynəlxalq səviyyəli toplantılar, tədbirlər fonunda bunu aydın görmək mümkündür. Türk Şurasına daxil olan ölkələrin Bakı Zirvə görüşü, Qoşulmama Hərəkatı, eləcə də BMT-nin pandemiya ilə bağlı müxtəlif vaxtlarda toplantılar keçirməsi məhz Azərbaycanın təşəbbüskarlığının nəticəsi idi. Diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan yalnız təşəbbüskarlıqla çıxış edib qlobal səviyyədə koronavirus pandemiyasına qarşı mübarizə aparılmasının zəruriliyini önə çəkmir, eyni zamanda bu mübarizənin effektivliyinə çalışır, ona mane olan, əngəl yaradan amillərə qarşı çağırışlar edir, digər həmfikir ölkələri bu prosesə səfərbər edir. Bu mütərəqqi ideya və təşəbbüslərin beynəlxalq səviyyədə böyük maraqla və rəğbətlə qarşılanması isə Azərbaycana olan inam və etimadın daha bir bariz nümunəsidir. 
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, son illərdə ikili standartlar, güclü-zəif prinsipləri ilə idarə olunan dünya insanlıq üçün ciddi təhlükə mənbəyi olan koronavirusa qarşı mübarizədə də özünü açıq şəkildə göstərir. Bir sıra ölkələr, zəngin dövlətlər, yaxud imperialist qüvvələr tələbatdan artıq vaksin aldığı, əhali sayından kifayət qədər çox vaksinə malik olub israfçılığa yol verdiyi halda, nisbətən kasıb, iqtisadi inkişafı zəif olan ölkələrin öz əhalisini təhlükəsizliyini, sağlamlığını təmin etməyə imkanı çatmır. Bu da öz-özlüyündə qlobal səviyyədə ədalətsizlik, ikili standartların bariz nümunəsidir. Elə son aylarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də diqqət yetirdiyi əsas məsələ məhz budur. Ölkə başçısı Ümumdünya Səhiyyə Assambleyasının 2021-ci il 31 may tarixində keçirilmiş 74-cü sessiyasındakı çıxışı zamanı bu mövzuya bir daha toxunaraq bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləmiş,davam edən “peyvənd millətçiliyinin” narahatlıq doğurduğunu qeyd etmişdir.
Olkə rəhbəri öz çıxışında bildirmişdir ki, «Biz cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlamışıq və artıq 99.94 faizi «Sinovak»”, qalanı isə «AstraZeneca»” və «Sputnik»” olmaqla, 2 milyon doza peyvənd istifadə edilmişdir. Bu rəqəm əhalimizin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir”. Prezident 2021-ci ilin «Səhiyyə işçiləri» ili” elan edilməsini alqışlayaraq ÜST-ün ötən il Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmasını təşkilatla birgə fəaliyyətin uğuru adlandırmışdır.
Azərbaycan öz vətəndaşlarını vaksinləşdirməyə iqtisadi gücü, imkanı çatan dövlətlərdəndir. Lakin hər zaman insanpərvərlik, humanizm prinsiplərinə sadiqlik nümayiş etdirən Azərbaycan   həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində çalışır, təşəbbüslərlə çıxış edir.  


Aysel Mənsimova – YAP üzvü

Şərhlər

XƏBƏR LENTİ