"Peyvəndlərin vaxtında gəlməsi Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin nəticəsidir"
"Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında imzalanmış müqaviləyə əsasən, COVİD-19 pandemiyasına qarşı istifadə üçün ilk peyvənd partiyasını qəbul edirik”.
Bunu xarici işlər nazirinin müavini Ramiz Həsənov deyib.
Nazir müavini qeyd edib ki, bu, çox önəmli hadisədir: “Beynəlxalq aləmdə peyvəndlə əlaqədar problem var. Peyvəndin ədalətli bölünməsi və ölkələrə çatdırılması ilə bağlı problem yaşanılan dövrdə peyvəndlərimizin vaxtında gəlməsi Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin nəticəsidir. İlk gündən Prezident İlham Əliyev bu məsələni xüsusi nəzarətinə götürüb. Hətta 44 günlük müharibə vaxtı peyvənd məsələsi Prezident İlham Əliyev və Mehriban Əliyevanın daim nəzarətində qaldı”.
Nazir müavini nəzərə çatdırıb ki, Prezident İlham Əliyevin bu sahədə beynəlxalq təşəbbüsləri də çox olub: “Nəzərə alsaq ki, ölkə təkbaşına pandemiya ilə mübarizə aparmaq üzərində çətinlik çəkir. Ona görə də Prezident İlham Əliyev beynəlxalq aləmdə bir neçə təşəbbüs irəli sürdü. Həmin təşəbbüslər müəyyən qətnamələrin qəbul olunması ilə nəticələndi”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO