SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Heydər Əliyev Fondu və Mehriban xanımın dünya miqyasında apardığı mühüm işlər İspaniya mətbuatında

Heydər Əliyev Fondu və Mehriban xanımın dünya miqyasında apardığı mühüm işlər İspaniya mətbuatında

Tarix:

11-03-2021, 00:21

/ 543 dəfə oxundu.
Heydər Əliyev Fondu və Mehriban xanımın dünya miqyasında apardığı mühüm işlər İspaniya mətbuatında

Azərbaycan-İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov İspaniyanın tanınmış Horrapress.eu xəbər saytına Heydər Əliyev Fondu və Mehriban xanımın dünya miqyasında apardığı mühüm işlər haqqında məlumat verib. Mahir Qurbanov qeyd edib ki, Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizi və məscidlərimizi bərpa etmək üçün layihələrə imza atır.

Bu məsələ haqqında ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva öz «Instagram» səhifəsində paylaşım edib.
Heydər Əliyev Fondu fəaliyyətinin ilk günündən Azərbaycanda müxtəlif sahələrdə layihələr və proqramlar həyata keçirir. Fondun tarixi, mədəni və dini abidələrin qorunub saxlanılmasına yönəlmiş fəaliyyəti hamıya məlumdur. Bu gün qürur hissi ilə bildirmək olar ki, Heydər Əliyev Fondu Qarabağ torpağında Azərbaycan xalqının mənəvi irsi olan dini abidələrimizi və məscidlərimizi bərpa etmək üçün işlər aparır.
Bu layihə çərçivəsində bölgədəki ziyarətgahlarımızın bərpası, qorunması və yenidən qurulması yerli və xarici mütəxəssislərin iştirakı ilə həyata keçiriləcəkdir.Şuşa şəhəri və Ağdam rayonunda dağıdılmış dini abidələrin bərpa işləri artıq başlamışdır.
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkənin beynəlxalq təbliğinə,eləcə də sosial siyasət,elm,təhsil,mədəniyyət və idman sahəsindəki nailiyyətlərin həyata keçirilməsinə mühüm töhfə verir.
Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr milli dəyərlərin qorunması və möhkəmləndirilməsi,humanizm prinsiplərinin təbliği məqsədi daşıyır. Onu da vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondu ilə YUNESKO arasındakı əlaqələrin inkişafı üçün Mehriban xanımın YUNESKO-nun xoşməramlı səfiri kimi böyük əməyi var. Buna əsaslanaraq qeyd etmək olar ki, Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin və mədəniyyətlərarası dialoqun beynəlxalq aləmdə təbliğində vacib rol oynayır.

Heydər Əliyev Fondunun tətbiq etdiyi mədəni diplomatiya ölkənin xarici siyasətinin inkişafına mühüm töhfə verir. Ümumiyyətlə qeyd etmək olar ki, Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu mədənniyyətlərarası və dinlərarası əlaqələrin inkişafına və humanitar sahədə digər ölkələrlə ikitərəfli əlaqələrin dərinləşməsinə öz töhfəsini verir. Fondun tarixi,mədəni və dini irsin qorunmasına xidmət edən layihələri Azərbaycanın sərhədləri ilə məhdudlaşmır.Fondun dəstəyi ilə müxtəlif ölkələrin mühüm tarixi əhəmiyyət daşıyan dini və mədəni abidələr bərpa edilir.
Mehriban xanımın təşəbbüsü ilə reallaşdırılan «Tolerantlığın ünvanı. Azərbaycan» layihəsi çərçivəsində müxtəlif dini obyektlərdə — Qadınlar Kafedral Kilsəsində və Müqəddəs Məryam Kilsəsində, Fransanın müxtəlif regionlarındakı kilsələrdə restavrasiya işləri görülüb. Strasburqda XIV əsr Kafedral Kilsəsinin vitrajları bərpa edilib. Həştərxanda Knyaz Vladimirin abidəsi ucadılıb. Fond Luvr Muzeyində aparılan bərpa işlərində iştirak edib.
Eyni zamanda Mehriban Əliyevanın təşəbbüsü ilə Müqəddəs Roma katakombaları bərpa edilib və bu addım beynəlxalq ictimaiyyət tərəfindən müsəlman dünyasının xristianlığın müqəddəs abidələrinin qorunub saxlanmasına Azərbaycanın töhfəsi kimi böyük rəğbət doğurub.
Fond indiyə qədər dünyanın bir çox məşhur şəhərlərində -Parisdə,Moskvada,Berlində,Romada,Vatikanda,Bolqarıstanda mədəniyyət tədbirləri təşkil edib. Təkcə bir faktı vurğulayaq ki, məhz Heydər Əliyev Fondunun nüfuzu sayəsində Azərbaycan Vatikanda sərgi təşkil edən ilk müsəlman ölkəsi kimi tarixə düşüb.

Sonda Mahir Qurbanov qeyd edib ki, Mehriban xanımın ictimai-siyasi sahədəki fəaliyyəti,fəal və dünyəvi bir Azərbaycan qadını imicinin formalaşmasında əvəzolunmaz rol oynayır.

Şərhlər

XƏBƏR LENTİ