"YAP-ın fəaliyyəti optimallaşdırılıb" - Ədalət Vəliyev
Azərbaycanın siyasi mühitinin təkmil təməllər üzərində qurulması istiqamətində aparılan islahatlar çərçivəsində Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar nəticəsində iqtidar partiyasının fəaliyyəti optimallaşdırılıb. Qurultayda 6 siyasi partiyanın YAP-a qoşulması ölkəmizdə siyasi dialoq mühitinin daha da dərinləşməsinin göstəricisidir".
Bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev martın 10-da Milli Məclisdə "Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu" mövzusunda keçirilən konfransda deyib.
VI çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin deputatlar qarşısında duran vəzifələrə dair tövsiyələrinin əhəmiyyətini vurğulayan şöbə müdiri dövlətçiliyin möhkəmləndirilməsi üçün Milli Məclisdə yeni demokratik mühit formalaşdığını, müxalifət nümayəndələrinin qanunverici orqanın rəhbərliyində təmsil olunduğunu, deputat fəallığının artmasının vətəndaş məmnunluğunu yüksəltdiyini bildirib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin çoxəsrlik tarixinin ən şərəfli mərhələsini yaşadığını qeyd edən Ədalət Vəliyev indiki dövrdə mövqeyindən və statusundan asılı olmayaraq hər bir fərdin – bütünlükdə Azərbaycan cəmiyyətinin vəzifəsinin bu tarixi Qələbəni möhkəmləndirmək, şəhid ailələri və müharibə iştirakçılarının qayğısına qalmaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi bərpa edərək dirçəltmək, erməni təcavüzkarlığının yenidən baş qaldırmaması və təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün haqq işimizlə bağlı beynəlxalq müstəvidə geniş məlumatlandırma işi aparmaq olduğunu vurğulayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?