SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İlham Əliyev Aİ-nın xüsusi nümayəndəsini qəbul etdi

İlham Əliyev Aİ-nın xüsusi nümayəndəsini qəbul etdi

Tarix:

10-03-2021, 14:38

/ 456 dəfə oxundu.
İlham Əliyev Aİ-nın xüsusi nümayəndəsini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı bölgədə yaranmış yeni geosiyasi vəziyyət, postmüharibə şəraiti, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərinin aparılması, regional nəqliyyat layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Şərhlər

XƏBƏR LENTİ