SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Siyasi dialoqun Azərbaycan modelinin formalaşmasında qanunverici hakimiyyətinin rolu

Siyasi dialoqun Azərbaycan modelinin formalaşmasında qanunverici hakimiyyətinin rolu

Tarix:

10-03-2021, 14:33

/ 607 dəfə oxundu.
Siyasi dialoqun Azərbaycan modelinin formalaşmasında qanunverici hakimiyyətinin rolu

Parlamentarizmin ən yeni tarixini sırf siyasi münasibətlər kontekstində qiymətləndirməyə çalşsaq görəcəyik ki bu tarix həm də siyasi dialoq və əməkdaşlıq tarixi kimi də qiymətləndirilə bilər .Çünki demokratik cəmiyyətlərdə ənənəvi olaraq parlamentlər xeyli sayda müxtəlif siyasi partiyalardan təşkil olnunur ki , buradakı təmsilçilik praporsiyasını da xalqın iradəsi yaxud elektratın səsi təyin edir .Ona görə də vahid fəaliyyət məkanı özlüyündə bu fəaliyyətin səmərəli təşkili üçün əməkdaşlıq tələb edir . Bu da dialoqsuz mümkün deyil . Bu mənada hətta siyasi sistem qarşıdurma vəziyyətində olsa belə əksər hallarda parlamentlər əsasən dialoqa köklənmiş olurlar . Dolayısıyla parlament siyasi münasibətlərdə dialoq mühitini yaratmaq üçün ortaq məkan olmaqla həm də siyasi gərginlliyi azaldan , onu amartizə edən siyasi yastıq rolunu oynayır .Bundan başqa nəzərə almaq lazımdır ki parlamentdə təmsil olunan hər bir siyasi partiya əslində xlaqdan mandat almaqla bu təmsilçilik hüququnu qazandığı üçün paralel olaraq cəmiyyətin müyyən hissəsini də dialoq ovqatına kökləyə bilir .Bunulada dialoqdan kənarda olan partiyalar üçün də bir növ nümunə yaxud rol model təşkil edir .Yəni öz fəaliyyətilə siyasi dialoqu təşviq və motivasiya edir .Nəticədə bütövlükdə siyasi sistemdə əməkdaşlıq platformasının çərçivəsi daha da genişlənmiş olur .Elə Azərbaycan təcrübəsi də bu mənada istisna təşkil etmir . Hazırda Azərbaycan parlamnetində 10-dan çox siyasi partiya təmsil olunur .Bu isə yuxarıda səsələndirdiyimiz məntiqə əsasən artıq özlüyündə dialoq platforması yaradır .Hamıya məlumdur ki , Milli Məclisin hazırki tərkibi məhz 2018-ildən sonra Azərbaycanda daha da dərinləşən siyasi islahatlar kontekstində reallaşıb .Ölkəmizdə hakim Yeni Azərbaycan Partiyası öz sədri, Prezident İlham Əliyevin islahatlar siyasətinə dəstək məqsədilə parlamentin özünü burxamsı və növbədənkənar seçkilərə getməsi haqqında qəarar qəbul edib . Beləliklə siyasi islahatların miqyası və əhatəsi daha da genişlənib .Ancaq bu da məsələnin hamısı deyil.2020-ci il Parlamnet seçkilərindən sonra yaranan yeni siyasi reallıq həm də parlamnetarizm tariximizdə müxalifət partiyalarınyeni iyerarxik strukturunu formalaşdırmışdırıb .Nəticədə bu yeni model bütövlükdə qeyri-parlament müxalifətinə də pozitiv icmarıc verməklə siyasi sistemin sosial sementi funksiyası rolunu oynamağa başlayıb .Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev yeni tərkibdə formalaşan parlamentdə çıxış edərkən bu hadisəni Parlamentarizm Tariximizdə yeni siyasi konfiqurasiya kimi xarakterizə etməklə onu yüksək qiymətləndirdi .Çox keçmədən bu pozitiv siyasi hadisə bir növ siyasi tenedensiyaya çevirilməyə başladı və nəticədə Vətən müharibəmizdə tarixi qələbəmizin əldə edilməsində milli gücümüzü real əsaslarda artıran faktorlardan birinə çevirildi .Mən burada fikrimi yekunlaşdıraraq bildirmək istəyirəm ki ,Biz bu gün Azərbaycan model kimi səciyyələdirə bildiyimiz islahatların uğurla baş tutması və daha da dərinləşməsində Azərbaycan Parlametinin özünəməxsus yeri və rolu olduğunu əminliklə deyə bilərik .

Hikmət BABAOĞLU

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü

Şərhlər

XƏBƏR LENTİ