"Türkiyə kimi böyük ölkəyə ərazi iddiaları irəli sürmək axmaqlıqdır" - Prezident
Türkiyə dövlətinə bütün göstərdiyi dəstəyə görə bir daha təşəkkürümüzü bildiririk. Sərhədlərin bağlı olması qardaşlıq rəmzi və addımı idi. Türkiyə Ermənistanla sərhədləri 1993-cü ildə Kəlbəcər işğal olunanda bağlamışdı".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
"Əfsus ki, Ermənistanda antitürkiyə təbliğatı həddindən artıq güclü idi və bu gün də davam edir. Türkofobiya orada rəsmi ideologiyaya çevrilib. Türkiyə və Azərbaycanı onlar hər zaman düşmən sayıblar. Sərhədlərin bağlanması o vaxt bizə göstərilən dayanışma aktı idi. İndi münaqişə başa çatdı, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və əlbəttə bölgədə yeni vəziyyət yaranıb. Eyni zamanda Ermənistanın Türkiyəyə qarşı iddiaları hələ də qüvvədədir.
Müharibədən əvvəl Rəcəb Tayyib Ərdoğan bildirirdi ki, Serv müqaviləsinə yenidən baxılmalıdır. Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası var və onlar bundan əl çəkməlidirlər. Bütün dünyada Türkiyəyə qarşı çirkin kampaniya aparırlar. Müxtəlif ölkələrin parlamentində qondarma "soyqırımı" qəbul etdirirlər. Belə düşmənçilik siyasət nə qədər davam edə bilər?! Onlar ağlını başına yığmalıdır. Türkiyə kimi böyük ölkəyə ərazi iddiaları irəli sürmək özünəqəsd, axmaqlıqdır", - dövlət başçısı bildirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?