"Ermənistanda baş verənlər tragikomediyadır" - İlham Əliyev
"Prinsipcə, Ermənistanda baş verənlər tragikomediya səhnəsini xatırladır. Mən bunu belə xarakterizə edərdim. Təsəvvür edin, onların təyyarəsi yoxa çıxır, onlar bilmirlər təyyarələri hardadır, hansı istiqamətə uçduğunu bilmirlər, pilotlar gizləniblər, təyyarə yoxa çıxıb və onlar oturub düşünürlər ki, təyyarəni kim oğurlayıb”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
“Bundan başqa, Abu-Dabidə İDEX sərgisində (beynəlxalq müdafiə sərgisi) Ermənistan stendi heç vaxt olmadığı qədər təmiz idi. Orada heç bir eksponat yox idi. Digər tərəfdən, göstərməklərə nələri var ki? Axı onların hərbi istehsalı yoxdur. Başqa tərəfdən, onun-bunun arxasınca düşüb özünü ona-buna oxşatmağa nə ehtiyac var ki, orada stendin olsun? Bütün dünyaya biabır oldular. Hamı öz məhsulunu gətirib, erməni stendində isə hansısa bukletlər idi. Bu, biabırçılıqdır. Daha sonra deyirlər ki, “İsgəndər” raketi atılıb və 10 % partlayıb. Bu, lətifədir”, - dövlət başçısı vurğulayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?