XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Şoyqunun Azərbaycan səfərinin səbəbləri... - Politoloq

Şoyqunun Azərbaycan səfərinin səbəbləri... - Politoloq

Şoyqunun Azərbaycan səfərinin səbəbləri... - Politoloq
26-08-2020, 11:34

"Kreml vəziyyətdən narahatdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Hikmət Hacızadə Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfərindən danışarkən deyib.

Politoloq qeyd edib ki, Rusiyanın Müdafiə nazirinin Bakı səfərində aşağıdakı səbəblər var:

"Qarabağ savaşının qızışmasına imkan verməmək. Eynən Türk ordusunun Azərbaycana gəlməsinə və Azərbaycan-Turkiyə hərbi əməkdaşlığından narahatlıq bildirmək. Ola bilsin ki, həm də bizə silah satmaq istəyirlər. Kreml vəziyətdən narahatdır. İstəmir ki, biz hücuma keçək”.

Qeyd edək ki, avqustun 25-də Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.