Şoyqunun Azərbaycan səfərinin səbəbləri... - Politoloq

Şoyqunun Azərbaycan səfərinin səbəbləri... - Politoloq "Kreml vəziyyətdən narahatdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Hikmət Hacızadə Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfərindən danışarkən deyib.

Politoloq qeyd edib ki, Rusiyanın Müdafiə nazirinin Bakı səfərində aşağıdakı səbəblər var:

"Qarabağ savaşının qızışmasına imkan verməmək. Eynən Türk ordusunun Azərbaycana gəlməsinə və Azərbaycan-Turkiyə hərbi əməkdaşlığından narahatlıq bildirmək. Ola bilsin ki, həm də bizə silah satmaq istəyirlər. Kreml vəziyətdən narahatdır. İstəmir ki, biz hücuma keçək”.

Qeyd edək ki, avqustun 25-də Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Geri qayıt