Vladimir Zelenski İlham Əliyevə telefonla zəng edib
Mayın 27-də Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ukrayna Prezidenti koronavirusla mübarizə ilə bağlı Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardıma görə minnətdarlığını bildirib, bunu bu ağır dövrdə dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib.
Prezident İlham Əliyev bu yardımın ölkələrimiz və xalqlarımız arasında münasibətlərin ruhunu əks etdirdiyini bildirib.
Telefon söhbəti zamanı Azərbaycan investisiyası hesabına Ukraynada həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər də müzakirə olunub.
Prezident İlham Əliyev və Prezident Vladimir Zelenski postpandemiya dövründə də siyasi, iqtisadi-ticarət, nəqliyyat sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıblar.
Ukrayna Prezidenti Ramazan ayının başa çatması və Respublika Günü münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.
Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirib.
Söhbət zamanı bir sıra ikitərəfli və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?