Estoniyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Estoniya Respublikasının Prezidenti Kersti Kalyulayddan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib...
Təbrikdə deyilir:
"Zati-aliləri.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi, tərəqqi və əmin-amanlıq arzularımı çatdırıram.
Mən bizim hamımızın COVID-19 pandemiyası ilə bağlı çağırışlarla üzləşdiyimiz bir vaxtda Azərbaycan xalqına dəstəyimi ifadə etmək istərdim. Pandemiya bir-birimizdən nə dərəcədə asılı olduğumuzu nümayiş etdirir və həll yollarının yalnız yaxın əməkdaşlıq vasitəsilə tapıla biləcəyini göstərir. Ümid edirəm ki, bizim ölkələrimiz ikitərəfli əsasda, habelə BMT kimi beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün birgə fəaliyyət göstərməkdə davam edəcəklər. Həmçinin icazənizlə vurğulayım ki, Estoniya Şərq Tərəfdaşlığının möhkəm tərəfdarıdır və tərəfdarı olaraq qalacaqdır. Estoniya, həmçinin Avropa İttifaqı ilə onun qonşu tərəfdaşları arasında yaxın münasibətləri təşviq etməkdə davam edir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?