Rauf Arifoğlu deputatlığa namizəd oldu

Rauf Arifoğlu deputatlığa namizəd oldu Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu parlament seçkilərinə namizədliyini irəli sürüb.

O, bu barədə şəxsi “Facebook” hesabında yazıb. ”Parlament seçkilərində iştirak edirəm, seçicilərimi, media ictimaiyyətini və dostları dəstəyə səsləyirəm” – deyə, qeyd edən Arifoğlu, beləliklə, iddialı namizəd İqbal Ağazadəyə rəqib olub.

R. Arifoğlu bildirib ki, bu gün seçki hüququndan istifadə edərək, 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb: "Bunun üçün lazım olan sənədləri səlahiyyətli nümayəndəm DSK-ya təqdim etdi".
Geri qayıt