Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı qəbul edib.
Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.
Ombudsman Azərbaycan ilə Türkiyə arasında münasibətlərin dostluq və qardaşlığa əsaslandığını deyib. O bildirib ki, ölkələrimiz arasında ən yüksək səviyyədə olan strateji tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Ombudsman Azərbaycan ilə Türkiyənin beynəlxalq miqyasda daim bir-birini dəstəklədiyini qeyd edib.
Ombudsman Azərbaycanın ərazisinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu, bu təcavüz nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımızın hüquqlarının kütləvi şəkildə pozulduğunu diqqətə çatdırıb. Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzünə toxunan Səbinə Əliyeva Azərbaycanın haqq işinin dəstəklənməsində qardaş ölkənin göstərdiyi xüsusi dəstəyin təqdirəlayiq olduğunu deyib.
Görüşdə həmçinin Ombudsman təsisatının çoxşaxəli fəaliyyəti haqqında məlumat verilib. Təsisatın Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarının, Asiya Ombudsmanlar Assosiasiyasının, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının üzvü olduğu, habelə Türkdilli ölkələrin Ombudsmanları Şəbəkəsinin yaradılması istiqamətində işlərin həyata keçirildiyi diqqətə çatdırılıb.
Səbinə Əliyeva qardaş ölkə ilə insan hüquqları sahəsində əlaqələrin daha da gücləndirilməsinin, bu baxımdan hər iki ölkənin Ombudsman təsisatları arasında daha sıx əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Səfir Erkan Özoral Ombudsmana səmimi qəbul üçün təşəkkürünü bildirib. O, Azərbaycanda Ombudsman təsisatının fəaliyyətinin yüksək qiymətləndirdiyini deyib.
İki ölkə arasında münasibətlərin nümunəvi xarakter daşıdığını deyən E.Özoral Dağlıq Qarabağ münaqişəsinin həlli - Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb. E.Özoral Azərbaycan və Türkiyənin Ombudsman institutları arasında sıx əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin və təsisatların beynəlxalq səviyyədə fəaliyyətlərinin əlaqələndirilməsinin vacibliyindən danışıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?