SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Azərbaycan prezidenti 2019-u ölkə tarixində qalacaq il etdi - TƏHLİL

Azərbaycan prezidenti 2019-u ölkə tarixində qalacaq il etdi - TƏHLİL

Tarix:

13-12-2019, 10:42

/ 719 dəfə oxundu.
Azərbaycan prezidenti 2019-u ölkə tarixində qalacaq il etdi - TƏHLİL

2019-cu il başa çatmaq üzrədir. Bu il şübhəsiz ki, Azərbaycan tarixində siyasi, iqtisadi, sosial islahatların ən yüksək səviyyədə həyata keçirildiyi, çox böyük dəyişikliklərin baş verdiyi il kimi qalacaq.

Qeyd olunan islahatların və dəyişikliklərin memarının isə prezident İlham Əliyev olduğu bəllidir. Bu baxımdan artıq indidən siyasətçilər, siyasi analitiklər və iqtisadçılar Azərbaycan prezidenti İlham Əliyevi 2019-cu il üçün “İlin adamı” elan edirlər.

Deputat Fəzail Ağamalı bu barədə “Yeni Müsavat”a bildirdi ki, 2019-cu ildə Azərbaycan prezidenti İlham Əliyev çox böyük siyasi fəallıq nümayiş etdirdi. Azərbaycanın xarici və daxili siyasətinə yeni unikal səhifələr yazdı: “Həm ölkə daxilində həyata keçirilən islahatlar, bu islahatlara mane ola biləcək insanların çox yumşaq şəkildə və ustalıqla hakimiyyətdən kənarlaşdırılması və yeni kadrların gətirilməsindən başlamış ölkədə keçirilən beynəlxalq səviyyəli forumlar, konfranslar, Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunu artıran ciddi addımlar ölkə prezidentini şübhəsiz ki, ilin adamı statusuna yüksəltdi. Əlbəttə, bu proseslərdə birinci vitse-prezident Mehriban xanım Əliyevanın da böyük fəallığı özünü ifadə etməkdədir. Prezident həm də Qoşulmama Hərəkatında Azərbaycanın növbəti illər üçün sədrlik etmək səlahiyyətini qazandırdı və bunu reallaşdırdı. İlham Əliyevin bu gün həm Azərbaycan, həm dünya miqyasında atdığı addımlar, verdiyi töhfələr onu nəinki Azərbaycanda, həmçinin dünyada 2019-cu ”İlin adamı" kimi qəbul etməyə yetir".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da bildirdi ki, bu il ölkədə islahatlar istiqamətində çox önəmli addımlar atıldı. Hətta bir il ərzində bu cür sürətli, əhatəli prosesin gedəcəyini çoxları gözləmirdi. Lakin gözlənilənlərdən də artığı reallaşdı: “Nazirlər Kabinetindən tutmuş, Prezident Administrasiyasına qədər çox ciddi dəyişikliklər baş verdi, 20-25 il vəzifələrdə olan insanlar kənarlaşdırıldı, gənc kadrlar irəli çəkildi, Milli Məclis buraxıldı. Dağlıq Qarabağ məsələsində irəliləyiş olmasa da İlham Əliyevin Nikol Paşinyana verdiyi tutarlı cavab da yadda qaldı. Bütün baş verənləri sadaladıqda bəlli olur ki, İlham Əliyev ”İlin adamı"dır. Birinci vitse-prezident Mehriban Əliyevanın da islahatlarda çox böyük əməyini qeyd etmək lazımdır. Mehriban xanım da bu il çox ciddi fəaliyyəti, xarici səfərləri və kadrların irəli çəkilməsi ilə seçildi".

Sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov isə qeyd etdi ki, heç şübhəsiz yola salmağa hazırlaşdığımız 2019-cu il Azərbaycanın sosial-iqtisadi həyatında xüsusi yadda qala biləcək bir il olacaq. Bu il Azərbaycan özünün sosial dövlət mahiyyətini kifayət qədər qabarıq bir formada ortaya qoya bildi. İlin əvvəlindən başlayaraq ölkə əhalisinin bütün səviyyədən olan təbəqələrinin sosial durumunun yaxşılaşdırılmasına istiqamətlənmiş və dəyəri milyardlarla manat olan sosial zərflərin qəbulu prezident İlham Əliyevin müəyyən etdiyi sosial strategiyanın uğurla reallaşdırılmasının bariz bir nümunəsi idi: “Dövlətimiz vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələlərə həmişə böyük önəm verib. O, hətta beynəlxalq müstəvidə baş vermiş böhranın Azərbaycan iqtisadiyyatına təsirlərinin qaçılmaz olduğu 2016-cı ildə belə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əmək haqqlarının və təqaüdlərin artımına dair qərarlar qəbul etdi. 2019-cu il ərzində bizdən başqa heç bir ölkədə əmək haqının və təqaüdlərin minimal həddinin iki dəfəyə qədər qaldırılması təcrübəsinə demək olar ki, rast gəlinməyib. Lakin Azərbaycan prezidenti bunu etdi. O, bu addımları özünün bilavasitə təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlara söykənərək etdi. Bu islahatların ilkin nəticələrinin gözləntilərə uyğunluğu yetərli oldu ki, İlham Əliyev yola saldığımız 2019-cu il ərzində bu qədər ağır çəkili sosial zərflərin altından imza atdı. Bu kursun 2020-ci ildə də davam etdiriləcəyinə heç bir şübhə yoxdur. Bunu isə prezidentin parlamentə təqdim etdiyi və artıq qəbul edilmiş 2020-ci ilin dövlət büdcəsinin göstəriciləri aydın şəkildə özündə əks etdirir. Baxın, 2020-ci il üçün dövlət büdcəsinin xərcləri böhrandan sonrakı 2017-ci ilin dövlət büdcəsinin xərclərindən 60% çoxdur. İki il ərzində bir dövlətin büdcə xərclərinin bu səviyyədə arta bilməsinin yeganə təminatçısı ölkə iqtisadiyyatının dayanaqlığı ola bilərdi. Məhz bu dayanaqlıq və islahatlar nəticəsində əldə olunan yüksək nəticələr, dövlət başçısına ölkə əhalisinin sosial müdafiəsi ilə bağlı iri maliyyə tutumlu qərarlar qəbul etmək imkanları yaratdı. Bütün bunlar yaşadığımız geniş məkanda yerləşən ölkələr içərisində İlham Əliyevi ilin prezidenti, ilin adamı elan etmək üçün yetərlidir”.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ