Tacikistan qəzetində Heydər Əliyev haqqında məqalə dərc olunub
Düşənbədə tacik dilində çap olunan “Faraj” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc edilib.
Məqalədə Heydər Əliyevin həyat və fəaliyyəti haqqında söhbət açılır. Bildirilir ki, böyük siyasi xadim Heydər Əliyev iki dəfə Azərbaycana rəhbərlik edib. Birinci dəfə keçmiş SSRİ dövründə, ikinci dəfə isə müstəqil Azərbaycanın rəhbəri kimi. Yazıda Ulu Öndərin müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyəti haqqında geniş söhbət açılır, məhz onun təşəbbüsü ilə 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalandığı bildirilir.
Azərbaycanın neft strategiyası haqqında da məlumat verilən məqalədə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərindən, Bakı-Tbilisi-Qars dəmir yolundan bəhs olunur.
Bildirilir ki, ulu öndər Heydər Əliyev Mustafa Kamal Atatürk, Şarl de Qoll, Avraam Linkoln, Franklin Ruzvelt kimi öz xalqının tarixində silinməz iz buraxıb. Hazırda Heydər Əliyevin siyasi irsini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. On altı illik fəaliyyəti dövründə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadiyyatında dirçəliş baş verib və o, regionun aparıcı dövlətinə çevrilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?