Türk dünyasına Heydər Əliyev kimi lider hər zaman gəlmir — Türkiyə səfiri
Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən türk iş adamları ilə birgə Fəxri xiyabanda Heydər Əliyevin abidəsini ziyarət edib, məzarı önünə gül qoyub, ona ehtiramlarını bildiriblər.
Daha sonra Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral daha sonra jurnalistlərə açıqlama verib.
"Türk dünyasına Heydər Əliyev kimi lider hər zaman gəlmir. Heydər Əliyev həqiqətən həyatı araşdırılması vacib və gördüyü işlər, fəaliyyəti, davranışı hər kəsin nümunə götürməsi lazım olan dahi şəxsiyyətdir. O, bütün ömrü boyu Azərbaycanın suverenliyini düşünüb, onun müstəqillik qazanacağı günlərin xəyalını qurub, müstəqilliyin bərpasından sonra da ölkəsini necə inkişaf etdirməyi, gücləndirməyi, möhkəmləndirməyi düşünən, ömrünü bu amala həsr edən insan olub. Heydər Əliyev bu yolda öz həyatını təhlükə altına atıb, hər zaman öz canını qurban verməyə hazır olan biri idi", - deyə E.Özoral bildirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?