Rusiyalı məşhur teleaparıcı: Heydər Əliyev tarixi şəxsiyyətdir
Heydər Əliyev tarixi şəxsiyyətdir. Mən onunla cəmi bir dəfə görüşmüşəm və bu görüş mənə elə güclü təsir bağışladı ki, onun tərcümeyi-halını ətraflı öyrənməyə başladım. Heydər Əliyev yüksək intellekt, güclü xarizma sahibi idi. Mən həyatımda iki və ya üç bu cür insanla rastlaşmışam.
Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç ümummilli lider Heydər Əliyev haqqında danışarkən belə söyləyib.
L.Yakuboviç qeyd edib ki, Pole çudes verilişinin komandası Bakıda olarkən Heydər Əliyev onları qəbul edib: Sonradan onunla söhbətimizi təhlil edərək xalqın nə üçün onun ardınca getdiyini başa düşdüm. Onu dinləyir və eşidirdilər. O, nəhəngdir. Xalq ona hədsiz hörmət bəsləyir və ümid edirdi ki, respublikanı yalnız o, xilas edə bilər. Heydər Əliyevin oğlu İlham Əliyev ona çox oxşayır. Bu, Əliyev geninin gücünə dəlalət edir. Təbiət bu genin qüdrətini İlham Heydər oğluna ötürüb. O, atasına xas olan daxili qüvvəni, güclü xarakteri əxz edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?