"Elçin Quliyev şortik geyinib şou göstərir" — "Vicdanı olsaydı, Keşikçi dağ hadisəsindən sonra istefa verməli idi"
"Keşikçi dağda gürcü fəallarının hücum edərək ərazimizdə keşik çəkən iki Azərbaycan sərhədçisinin silahını əlindən alıması Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin uğursuz fəaliyyətinin nəticəsidir".
Bu fikirləri "Kanal 13"-ə açıqlamasında Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev bildirib.
O deyib ki, Elçin Quliyev sərhədlərin qorunması ilə məşğul olmaq əvəzinə şou göstərməklə məşğul olur:
"Elçin Quliyev şortik geyinib, 5 kilometrlik bayrağı sərhəddə asıb şou göstərir. O yaxşı komandan olsaydı və özündə zərrə qədər məsuliyyət hiss etsəydi, sərhədlərimizin toxunulmazlığını qoruya bilmədiyinə görə özünü asmalı idi. Ən azı vicdanı var idisə, Keşikçi dağ hadisəsindən sonra həmin dəqiqə istefa verməli idi. Mən orada dayanan əsgərlərimizdə heç bir günah görmürəm. Bəlkə də o sərhəddə dayanan əsgərlərimizin avtomatlarında heç bir güllə olmayıb və onlara "atma" əmri verilib. Belə etmək olmaz. Bu hadisə Azərbaycan dövlətinə və xalqına qarşı olan təhqirdir".


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?