SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezidentdən həmkarlarına təbrik

Prezidentdən həmkarlarına təbrik

Tarix:

30-05-2019, 16:41

/ 851 dəfə oxundu.
Prezidentdən həmkarlarına təbrik

Azərbaycan Prezidenti İlham Əliyev Latviya Respublikasının yeni seçilmiş Prezidenti Egils Levitsə məktub ünvanlayıb.

xalqxeber.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Levits

Latviya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Latviya münasibətləri xoş ənənələrə malikdir. Ümidvaram ki, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.

***

Bundan başqa, dövlət başçısı Litva Respublikasının yeni seçilmiş Prezidenti Gitanas Nausedaya da təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Nauseda,

Litva Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Litva arasındakı münasibətlər dinamik və ardıcıl inkişaf yolundadır. Ümidvaram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

Şərhlər

XƏBƏR LENTİ