SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İlham Əliyev yeni xanım həmkarını təbrik etdi

İlham Əliyev yeni xanım həmkarını təbrik etdi

Tarix:

3-04-2019, 15:16

/ 1 022 dəfə oxundu.
İlham Əliyev yeni xanım həmkarını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının yeni seçilmiş Prezidenti Zuzana Çaputovaya təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

“Hörmətli xanım Çaputova,

Slovakiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Slovakiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Slovakiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

Şərhlər

XƏBƏR LENTİ