Ermənistan ordusu Zakir Həsənova atəş açmaq istəyib?
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün mayın 23-də Yerevanda jurnalistlər qarşısında Azərbaycanın Müdafiə naziri Zakir Həsənova atəş açıldığı haqda iddia irəli sürüb.
Virtualaz.org-a istinadən xəbər verir ki, jurnalistlər Qriqoryandan Azərbaycan ordusunun mayın 20-də başlamış təlimlərinin ikinci günü Ermənistana göndərilmiş “Növbəti dayanacağımız Şuşadır, bizi gözləyin...” mesajı barədə soruşublar.
Qriqoryan isə deyib ki, belə mesajlara baxmayaraq Azərbaycanın Müdafiə naziri bu günlərdə təmas xəttində olarkən Ermənistan silahlı qüvvələrinin “müşahidəsi altına düşüb” və tələsik təmas xəttini tərk edib.
Bu bəyanatla bağlı Azərbaycan Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətindən aşağıdakı açıqlamanı veriblər: “Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sərsəm və axmaq açıqlaması gülüş doğurur və onun hərbi işlərdə necə diletant olduğunu göstərir. Azərbaycanın həm işğal altında olan əraziləri, həm Ermənistanın bütün ərazisi tamamilə və bütünlükdə Azərbaycan ordusunun bölmələrinin müşahidəsi altındadır”.
Xatırladaq ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ötən gün təlimlər çərçivəsində təmas xəttindəki mövqelərə baş çəkib. Hərbçilərə göstəriş verib ki, düşmənin istənilən təxribatının qarşısını bütün növ silahlardan istifadə olunmaqla dərhal və qətiyyətlə alsınlar.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?