Daşqın Şikarovun adı XİN-nin saytından çıxarıldı — FOTO
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarovun adı ətrafında müəmma davam edir. Bir müddət əvvəl "haqqin.az" saytı Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarovun geri çağırıldığı barədə informasiya yaymışdı.
Modern.az saytı yayılan məlumatı Xarici İşlər Nazirliyindən (XİN) dəqiqləşdirməyə çalışsa da, bu barədə rəsmi informasiya verilməyib.
Bununla belə əməkdaşımıza məlum olub ki, XİN-in saytındakı "Azərbaycan Respublikasının xaricdəki nümayəndəlikləri” bölməsindən Birləşmiş Ərəb Əmirlikləri üzrə fövqəladə və səlahiyyətli səfirin adı çıxarılıb. Yəni əvvəllər həmin qrafada Daşqın Şikarovun adı yazılmışdı.
Bu isə dolayısı ilə D.Şikarovun Birləşmiş Ərəb Əmirliklərindəki səfir postundan geri çağırıldığını təsdiqləyir.
Əməkdaşımız bu xəbəri yazmazdan öncə Daşqın Şikarovla da əlaqə yaratmışdı. Keçmiş səfir qısa olaraq bunları demişdi:
"Təəssüf ki, bəzi mətbuat səhifələrində haqqımda xoş olmayan məlumatlar yayıldı. Hətta erməni saytları da bu məlumatı böyük canfəşanlıqla yaydı. Hər zaman vətənimə, dövlətimə, cənab Prezidentimizə sadiq qalmışam. Yayılan şər-böhtanla bağlı sosial şəbəkədə müqəddəs Qurandan ayə paylaşmaqla kifayətləndim. Başqa heç bir şərh vermək istəmirəm”.
Qeyd edək ki, Daşqın Şikarov daha əvvəllər Azərbaycanın Pakistanda və Əfqanıstandakı diplomatik missiyalarına başçılıq edib. O, Azərbaycanın BƏƏ-də səfiri vəzifəsinə 2016-cı ilin yanvarında təyin edilmişdi.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?