"Azərbaycan "Bir kəmər, bir yol" təşəbbüsünü tam dəstəkləyir" - PA rəsmisi
Çinlə Azərbaycan arasında yüksək səviyyəli siyasi dialoq, o cümlədən iqtisadiyyat, ticarət, enerji, təhsil və humanitar sahələrdə əlaqələr inkişaf edir.
Bu sözləri Çində səfərdə olan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev “ChinaDaily” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, Çinin prezidenti Si Tsinpin tərəfindən 2013-cü ildə irəli sürülən və qədim İpək Yolunun bərpası ilə bağlı “Bir kəmər, bir yol” layihəsi bütün dünyanın mənafeyinə və bütün ölkələrin inkişafına xidmət edir: “Bu təşəbbüs qarşılıqlı əhəmiyyət kəsb edən əməkdaşlıq üçün şərait yaradır. Çin və Azərbaycanı bir-birinə daha da yaxınlaşdırmaq üçün imkanlar açacaq bu təşəbbüs Azərbaycan tərəfdən tam olaraq dəstəklənir. Biz bu ayın sonunda keçiriləcək II Beynəlxalq Əməkdaşlıq Naminə “Bir kəmər, bir yol” Forumunu səbirsizliklə gözləyirik və Azərbaycan bu yüksək səviyyəli tədbirdə aktiv şəkildə iştirak edəcək”.
Hikmət Hacıyev deyib ki, Azərbaycan əlverişli siyasi və coğrafi mövqeyə malik olduğundan ölkə “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Avropa ilə Asiyanı birləşdirəcək nəqliyyat habına çevrilmək niyyətindədir. Bu məqsədlə Azərbaycan dəniz limanları, hava limanları, dəmiryol və avtomobil yollar daxil olmaqla nəqliyyat şəbəkəsi yaradıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?