“Zohrabyan gözəlləşdikcə xarakteri dözülməz olur” - Seyidovdan erməni deputata
Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Türkiyədə müxalif siyasətçilərin durumu ilə bağlı məsələ müzakirəyə çıxarılıb.
“Rusarminfo”ya istinadən xəbər veririk ki, Ermənistan parlamentinin deputatı Naira Zohrabyan çıxışında Türkiyədə siyasətçi və deputatlara qarşı “cadugər ovu”nun başladığını bildirib:
“Diyarbəkir prokurorluğu və prezident Ərdoğan 8 deputatın, o cümlədən Garo Paylanın “türk xalqını təhqir etmə” maddəsi üzrə toxunulmazlığının ləğvi ilə bağlı vəsatət verib. AŞPA-dan xahiş edirəm ki, Türkiyədən siyasətçilərin təqibini dayandırmağı və biabırçı 301-ci maddədən imtina etməyi tələb etsin”.
Zohrabyanın bu çıxışına türkiyəli deputat Hişyar Özsoy cavab verib:
“Məni Naira Zoqrabyanın Türkiyədə demokratiya haqda və deputatlara təzyiqlə bağlı çıxışı təəccübləndirir. Siz Türkiyə ilə öz ölkənizdəki demokratiyanı müqayisə edib parlamentinizdə bir türk deputatı göstərə bilərsiniz? Türkiyə parlamentində isə üç erməni deputat var”.
Erməni mətbuatı Azərbaycanın Avropa Şurasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun erməni deputatın ünvanına replika səsləndirərək “Naira Zohrabyan gözəlləşdikcə xarakteri daha da dözülməz olur” dediyini yazır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?