XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Deputat Ombudsmanın fəaliyyətini tənqid etdi

Deputat Ombudsmanın fəaliyyətini tənqid etdi

Deputat Ombudsmanın fəaliyyətini tənqid etdi
7-03-2017, 14:59

Milli Məclisin iclasında İnsan haqları üzrə müvəkkilin (Ombudsman) illik məruzəni müzakirə olunub

xalqxeber.az xəbər verir ki, deputat Zahid Oruc Elmira Süleymanovanın təqdim etdiyi məruzəni tənqid edib.

O bildirib ki, insan haqları üzrə müvəkkilin səlahiyyət çərçivəsi hamıya məlumdur: "İlk dəfədir belə şablon, deklorativ bir sənəd bizə təqdim olunur. Biz problemləri deməsək, bu kursa səmimi xidmət etmiş olmarıq. Bu qədər konyukturaçılıq olmaz ki, bu cür tərif dolu sənəd ortalığa gətirək. Bu yaxınlarda DTX rəhbəri Mədət Quliyev açıqladı ki, Azərbaycandan 900 nəfər Suriya, İraqda döyüşə gedib. Biz 2014-cü ildə qərar verdik ki, onları vətəndaşlıqdan məhrum edək. 84 nəfərə cinayət işi qaldırılıb. Nədir səbəb ki, bu insanlar oraya gedib, vuruşurlar?

Bu sənəddə kredit borclarına görə evini itirən, məhkəmələrə düşən insanların davasını görmədim. Devalvasiya qərarı on minlərlə insanı məhkəmə qapılarında qoyub. İndi biz bunu deməyək? Narkotika tranziti hamıya məlumdur, haradan gəldiyini bilirik. Polis orqanları bunun qarşısını almasaydı, ağ ölüm bu milləti basıb yemişdi. Narkotika cəmiyyət üçün erməni təhlükəsinə bərabərdir. Adamlar ailə üzvlərini haradasa girov qoyub, gedib ölkəyə narkotika gətirirlər. Bu yaxınlarda Ali Məhkəmənin üzvü də bununla bağlı Daxili İşlər Nazirliyinə xitabən çıxış etdi, hamımız şahidi olduq".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.