Mehriban Əliyeva Milli Məclisdə - Alqışlarla qarşılandı
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Məclisdə alqışlarla qarşılanıb.
Spiker Oqtay Əsədov qeyd edib ki, birinci vitse-prezident ilk dəfədir ki, M. Əliyeva Milli Məclisə təşrif buyurub:
“Onu salamlayıb yüksək dövlət vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edək. Mehriban xanım öz doğma evinə gəlib. Onun çoxsaylı fəaliyyəti var. O, 12 ilə yaxın dövrdə bizimlə həmkar olub. Xalqımıza, dövlətə qulluq edib. Ölkədə parlament mədəniyyətinin inkişafına tövhə verib. Bir sıra qanununvericilik təşəbbüslərinin müəllifi olub, eyni zamanda 4 amnistiya aktının təşəbbüskarıdır. Milli Məclisin fəaliyyəti dövründə Amerika, Fransa parlamentlərarası dostluq qrupunun sədrləri olub. Milli Məclisi beynəlxalq aləmdə layiqincə təmsil edib. Bir sıra digər ictimai-siyasi vəzifələrlə yanaşı, YAP-ın sədr müavinidir, O həm də Heydər Əliyev Fondunun prezidentidir. O, sözün əsl mənasında millət vəkilidir. Əminəm ki, bundan sonra da xalqımızın vəkili olaraq qalacaq. Onun bu posta təyinatı ölkəmizin ictimai siyasi həyatına yeni nəfəs gətirəcək”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək