Əliyev prezidentlərlə gecə gəzintisində - Meyvə-tərəvəz sərgisində...+Fotolar
Ötən gün Tacikistana səfər edən prezident İlham Əliyev MDB ölkə liderləri üçün nəzərdə tutulan gecə gəzintisinə qatılıb.
Tacikistan KİV-nə istinadən xəbər veririk ki, Emomali Rahmonun təşkilatçılığı ilə ötən gecə baş tutan gəzintidə ölkə liderləri Tacikistanın təbii nemətləri ilə tanış olublar. Sərgidə meyvə-tərəvəzlər, quru meyvələr, bal nümayiş olunub.
Qeyd edək ki, artıq bu gündən MDB Dövlət Başçıları Şurasının iclası öz işinə başlayıb. Sammitdə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, Belarus dövlət başçısı Aleksandr Lukaşenko, Qazaxıstan lideri Nursultan Nazarbayev, Moldova lideri İqor Dodon, Özbəkistan dövlət başçısı Şavkat Mirziyoyev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Tacikistan prezidenti Emomali Rahmon və Ermənistan baş naziri Nikol Paşinyan iştirak edir.
Türkmənistan lideri Qurbanqulu Berdımuhammedov BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etdiyi üçün sammitə qatıla bilməyib. Düşənbədə onu baş nazir müavini təmsil edəcək. Eyni zamanda, bu dəfə Ukraynadan da heç kim təmsil olunmur.
Sammit “Somon” sarayında keçirilir. 




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?