XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək - SƏRƏNCAM

Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək - SƏRƏNCAM

Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək - SƏRƏNCAM
5-02-2018, 11:44

Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıb ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.