İlham Əliyev: Pakistan bizim üçün ən yaxın dost ölkələrdəndir
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 30-da Pakistan İslam Respublikasının xarici işlər naziri Xavaca Məhəmməd Asifin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Prezident İlham Əliyev Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb, iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin, qarşılıqlı dəstəyin önəmini qeyd edib və bu əlaqələrin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin rolunu vurğulayıb.
Dövlət başçısı bildirib ki, Azərbaycanla Pakistan bütün məsələlərlə bağlı daim bir-birini dəstəkləyir, siyasi, iqtisadi, ticarət, hərbi əməkdaşlıq əlaqələri yaxın müttəfiqlər səviyyəsində inkişaf edir. Prezident İlham Əliyev deyib ki, Pakistan bizim üçün ən yaxın müttəfiq və dost ölkələrdəndir. Dövlət başçısı Pakistanın beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə etməsini yüksək qiymətləndirib. Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatına toxunan dövlət başçısı bu əməkdaşlığın müxtəlif sahələrdə əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyini əminliklə vurğulayıb.
Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif iki ölkə arasında çox yaxın qardaşlıq münasibətlərinin mövcud olduğunu deyib. İki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, hərbi və digər sahələrdə uğurla inkişaf etdiyini, əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı imkanların olduğunu vurğulayan qonaq beynəlxalq təşkilatlarda Bakı ilə İslamabadın bir-birinə verdiyi qarşılıqlı dəstəyin önəmini qeyd edib.
Pakistanlı qonaq Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatının sabitliyin, regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib. O, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə bağlı Pakistanın beynəlxalq təşkilatlar çərçivəsində qardaş Azərbaycanın mövqeyini dəstəklədiyini vurğulayıb.
Söhbət zamanı “Asiyanın Qəlbi – İstanbul Prosesi” konfransının Əfqanıstanda sabitlik və inkişafa nail olunması işinə böyük töhfə verdiyi qeyd olunub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?