"Bu müstəsna əhəmiyyətə malikdir" - Əflatun Amaşov
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən 50-ci sessiyasında çıxış edib. xalqxeber.az-ın məlumatına görə, Ə.Amaşov bildirib ki, QDİƏT-ə üzv ölkələrdə milli innovasiya sisteminin inkişafı son dərəcə vacibdir və bu istiqamətdəki fəaliyyət qurum daxilində perspektiv əməkdaşlıq üçün böyük bazadır. Deputat çıxışında əsasən ölkəmizdə “ASAN Xidmət” modeli ilə bağlı söhbət açaraq vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin uğurla fəaliyyəti dövlət qurumlarının işinin əlaqələndirilməsi, təkmilləşdirilməsi, səmərəliliyinin artırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Burada eyni zamanda vətəndaşlara xidmətin təmərküzləşməsi məsələsi də önəmlidir.
Ə.Amaşov çıxışında həmçinin 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyətinə də toxunub.
Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının 50-ci sessiyasında Ə.Amaşovla yanaşı Milli Məclisinin deputatları Eldar Quliyev, Musa Quliyev, Jalə Əliyeva və Çingiz Qənizadə iştirak ediblər.
QDİƏT-in Parlament Məclisi Baş Assambleyasının 50-ci sessiyasında təşkilatın tarixində ilk dəfə olaraq bəyannamə qəbul olunub ki, həmin sənəddə quruma üzv ölkələrin ərazi bütövlüyünün bərpa edilməsi, işğal altında olan torpaqların ərazi bütövlüyü çərçivəsində azad edilməsinə dair bənd də öz əksini tapıb. Bu, Ermənistanın sessiyada iştirak edən nümayəndələrinin etirazına səbəb olub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?