Rəşadət Axundov NİDA-dan ayrıldı: "Tək üzüntüm..."
NİDA vətəndaş hərəkatının tanınmış üzvü Rəşadət Axundov sözügedən təşkilatdan gedib.
O, bu haqda sosial şəbəkə hesabında məlumat verərək qeyd edib ki, son günlər NİDA daxilində baş verənlər onu təəssüfləndirir:
"Baş verənlər çox təəssüfləndiricidir. Bugün bütün gün harada səhv etdiyimizi düşündüm. Əslində insanların beyinlərində olan suallar haqlıdır. Hələ bu hadisədən sonra ümumiyyətlə adamların "o birilər də agentdir", "onlar guya başqa cür çıxıb" sual və ittihamlarına cavab vermək olduqca qəlizdir, mümkünsüzdür. Bizim səhvimiz əfv müraciəti yazdıqdan sonra hər şeyi sonlandırmamağımız idi. Çünki yeni bir proses başlatmışdıq, amma sona çatdıra bilmədik. Yoldaşlarımızın ümidini qırmışdıq. Hər şeyə üzüsulu son qoyub, bu iyrənc rejimin manipulyasiyasına imkan verməməli idik. Artıq bu durum, bu şübhələr həm Nidaya həm ümumi prosesə ziyan verir, şübhələr yaradır. Getdikcə də bu artacaq bu hadisələlərlə. Ona görə bildirmək istəyirəm ki, bundan sonra həm Nida Vətəndaş Hərəkatındakı fəaliyyətimə, həm də ümumiyyətlə bütün ictimai-siyasi işlərə son qoyuram. Artıq bütünlüklə öz sahəm üzrə karyerama davam edəcəm. Sual və ittihamlara gəlincə nəyisə isbat etmək imkanım yoxdur, hamının, xüsusilə yoldaşlarımın, ən yaxın dostlarımın yanında alnım açıq, vicdanım təmizdir. Onlardan gizli heç vaxt heç nəyim olmayıb. Bütün bu illər ərzində nə vicdanıma nə dostlarıma xəyanət etmişəm, təmizliyimə xələl gətirməmişəm. Tək üzüntüm İlkinsiz içəridən çıxmaq olub. Onun əfvə düşməyəcəyini biləndə onun da çıxması üçün hətta çıxıb AzTVdə təşəkkür edim təklifi etmişəm, öz reputasiyamın üzərindən xətt çəkilməsini gözə alaraq. Amma qəbul etməyiblər. Hamınıza sevgi və hörmətlər. Haqqınızı halal edin."
Qeyd edək ki, Rəşadət Axundov ötən il prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamına əsasən azadlığa çıxmışdı.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?