SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezident köməkçisi Əli Həsənov Ər-Riyadda: - Cənubi Qafqaz və İslam coğrafiyasının açar dövlətləri

Prezident köməkçisi Əli Həsənov Ər-Riyadda: - Cənubi Qafqaz və İslam coğrafiyasının açar dövlətləri

Tarix:

13-02-2017, 20:28

/ 1 483 dəfə oxundu.
Prezident köməkçisi Əli Həsənov Ər-Riyadda: - Cənubi Qafqaz və İslam coğrafiyasının açar dövlətləri

Cənubi Qafqaz və İslam coğrafiyasının açar dövlətləri Azərbaycan və İslam coğrafiyasının açar dövləti olan Səudiyyə Ərəbistanı ilə münasibətlər inkişaf etməyə məhkumdur.

Azərbaycan Respublikası Cənubi Qafqazın açar, lider dövlətidir. Səudiyyə Ərəbistanının Cənubi Qafqazda yeganə səfirliyi Azərbaycan Respublikasındadır. Gürcüstanla da əlaqələri Bakıdakı səfirliyinin kurasiyasındadır. Səudiyyə Ərəbistanında 25 il bundan qabaq Azərbaycan haqda geniş bilgiyə malik deyildilər.

Səudiyyə Ərəbistanı SSRİ dağıldıqdan sonra məhz Azərbaycan torpaqlarının işğalı faktına görə Azərbaycana görə Ermənistanla diplomatik, siyasi əlaqələr qurmadı. Yaxın Şərqdəki və ABŞ-dakı ermənilər vaxtaşırı Səudiyyə Ərəbistanı ilə münasibətlər qurmağa cəhdlər ediblər. Amma 2011-ci ildən sonra Ermənistanın Səudiyyə

Ərəbistanı ilə əlaqə qurmaq cəhdləri xeyli intensivləşdi və sistemləşdi:

ı. ABŞ-dakı Yaxın Şərqi öyrənən analitik mərkəzlərdən birinin milliyyətcə erməni əməkdaşı Səudiyyə Ərəbistanının kral ailəsinin siyasi tarixi barədə bioqrafik kitab yazdı və Səudiyyə Ərəbistanında onun təqdimatını keçirdi. Ermənistan rəsmilərinin də qatıldığı bu tədbirdə Yaxın Şərqdən olan erməni din xadimləri xüsusi canfəşanlıq göstərdilər.

Amma Səudiyyə Ərəbistanı rəsmilərindən heç kim bu tədbirə qatılmadı.

ıı. Ermənistanın BƏƏ və Küveytlə əlaqələrində Səudiyyə Ərəbistanı ilə əlaqələr qurmaq ayrıca seqmentdir. Səudiyyə Ərəbistanı bu məsələdə ərəb qardaşlarının da dediyini qulaqardına vurur.

ııı. Ermənistan Azərbaycanla dövlət sərhədində 2015-ci ilin fevralında öldürülmüş zabitinin ölümündə Səudiyyə Ərəbistanı hərbçisini günahlandırdı. Guya Azərbaycan ordusunda Səudiyyə Ərəbistanından olan muzdlular xidmət edir və onlar erməni zabitini öldürüblər. Məqsəd işi Beynəlxalq Məhkəməyə çatdırmaq və Səudiyyə Ərəbistanını Ermənistana müraciətə vadar etmək idi. Baş tutmadı. Ermənistanın bu ikibaşlı oyununda İranı Azərbaycanın üstünə qızışdırmaq məsələsi də var idi. Səudiyyə Ərəbistanın Ermənistanla əlaqələr qurmaq baxımından Ermənistanın cəhdlərini inkar etməsinin ən böyük təsdiqi xarici işlər naziri E. Nalbandyanın bu mövzuda açıqlamasıdır.

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasındakı əlaqələr, xüsusilə iqtisadi əlaqələr elə də güclü inkişaf etmədiyi fonda Səudiyyə Ərəbistanının Dağlıq Qarabağ münaqişəsinə münasibətdə tutduğu mövqe həqiqətən ən yüksək təriflərə layiq mövqedir. Səudiyyə Ərəbistanının ABŞ-la intensiv əlaqələri var. Erməni lobbisi ən azı anti-Səudiyyə Ərəbistanı kampaniyasına başlaya bilərdi. Ər-Riyad bunların heç birisini nəzərə almadı. Eləcə də Azərbaycandan da lazımı dəstək görmürdü.

Ölkə Prezidentinin Səudiyyə Ərəbistanına səfərlərini çıxmaq şərti ilə 1992-ci ildən yəni, Azərbaycan müstəqillik elan etdikdən bu günədək Səudiyyə Ərəbistanına olan ən sanballı və uzun müddətli səfər Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyətinin səfəri idi. Səudiyyə kral ailəsinin və elitasının Azərbaycanla tanışlığı və Azərbaycanın Səudiyyə Ərəbistanına təqdimatı prizmasından bu 10 günlük səfər müstəsna rol oynadı.

Səudiyyə Ərəbistanı ərəb dünyasının ən strateji və İslam coğrafiyasının açar dövlətidir. Ona görə bu ölkədə İslam coğrafiyasının çoxsaylı ölkələrinin rəsmiləri tez-tez səfərdə olur. Azərbaycan nümayəndə heyətinin səfəri də belə bir dövrə düşdü. Azərbaycan nümayəndə heyətinə, xüsusilə onun başçısı Ə. Həsənova müsbət mənada tamamilə fərqli münasibətin göstərilməsi Səudiyyə Ərəbistanı kralının Azərbaycana marağının hələ də prioritet olaraq qaldığını göstərir. Bir neçə ölkədən gələn nümayəndə heyətlərinin içərisində Azərbaycan Prezidentinin köməkçisi ilə görüşərkən görüşdüyü adamın Azərbaycandan və Azərbaycan Prezidentinin köməkçisi olduğunu bilən kimi mimikası dəyişərək çox hərarətli görüşmüş və Əli Həsənovu digər qonaqlarına da ehtiramla təqdim etmişdi.

Səudiyyə Ərəbistanının Azərbaycana münasibəti təmənnasızdır, çox böyük ehtimalla təmənnasız olaraq qalacaqdır. Amma İslam dünyasında tamamilə fərqli düşünənlər, işğalçı dövlətə yardım edən müsəlman dövlətləri var. İşğalçı dövlətə etdiyi yardımın miqdarı 2 milyard dollara çatan, hərbi-sursat verən işğalçı dövlətin ordusunu gücləndirən, adında “İslam” sözü olan dövlət də var.

Azərbaycan İslamı unikaldır. Bu islam Azərbaycan cəmiyyətinin sağlam inkişafına həmişə təkan verib. Nəticədə Azərbaycan İslam dünyasında orijinal nailiyyətləri ilə seçilir. Müasir tipli ilk dövlət Azərbaycanda qurulub. Qadın azadlığı ilk olaraq Azərbaycanda təmin olunub. İslam dünyasında ilk teatr, opera, balet, simfonik janr Azərbaycanda yaradılıb. Məhz bu unikallıq Azərbaycan islamçılığını Ərəb dünyasına da qəbul etdirir. Bu prizmadan məsələyə yanaşsaq, Azərbaycan Respublikası-Səudiyyə Ərəbistanı əlaqələri böyük inkişaf perspektivlərinə malik olmalıdır və olacaq.

İslam-Xristian sivilizasiyalararası münasibətlərin yumşalması mövzusunda Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri komplementar münasibətlər ola bilər. 2017-ci il Azərbaycanda İslam həmrəyliyi ilidir. həm də İslamiada keçiriləcək.

Prezidentinin köməkçisi Ə.Həsənovun İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin ilə görüşündə müzakirə olunan mövzular bu məsələlərdə idman dili ilə desək, Azərbaycanın onluğa düşdüyünü göstərdi. İƏT üçün Avropa dövlətlərinin islam sivilizasiyasına münasibəti, Avropadakı 60 milyonluq İslam diasporunun vəziyyəti ciddi narahatlıq yaradan problemlərdir.

Azərbaycan Prezidentinin fəaliyyəti, İslam dünyasının problemlərinə göstərdiyi diqqəti İƏT-də tdə yüksək qiymətləndirirlər.

Azərbaycanın reallaşdırdığı tədbirlər Azərbaycan-İƏT və Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin məqsədyönlü inkişafına təkan verəcək.

Mübariz Əhmədoğlu

Şərhlər

XƏBƏR LENTİ