“Putinlə görüşdə münasibətlərimizə nəzər yetirdikdə, aşkar etdik ki, həllini tələb edən heç bir məsələ yoxdur” - Prezident İlham Əliyev
“Dünən axşam Rusiya prezidenti Vladimir Vladimiroviç Putinlə növbəti görüşdə münasibətlərimizin ikitərəfli gündəliyinə nəzər yetirdikdə, aşkar etdik ki, öz həllini tələb edən heç bir məsələ yoxdur. Biz, sadəcə, əldə olunan nailiyyətləri - həm iqtisadi, həm nəqliyyat, həm enerji, həm də siyasi sahələrdə əməkdaşlığımızın nəticələrini yada saldıq və müvafiq qurumlara münasibətlərin gələcək inkişaf yollarını müəyyənləşdirmək üçün göstərişlər verdik. Yəni, bu, artıq elə bir münasibətlər səviyyəsinin göstəricisidir ki, hətta prezidentlər səviyyəsində həllini tələb edən hansısa xüsusi məsələ yoxdur”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiya Şurasının sədrinin müavini İlyas Umaxanovu və Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xizri Şixsaidovu qəbul edərkən deyib.
“Bütün məsələlər çox uğurla həll edilir. Əlbəttə, bu gün Rusiya və Azərbaycan mehriban qonşuluq, tərəfdaşlıq və etibarlı dostluğun yüksək səviyyəsini nümayiş etdirirlər, - deyə o vurğulayıb.
Dövlət başçısı onu da bildirib ki, xalqlarımız arasında mövcud olan sıx əlaqələr bu gün uğurla inkişaf edir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?