Deputatın davranışına dair layihənin müzakirəsi təxirə düşdü
Deputatın etik davranışı ilə bağlı İnzibati Xətalar Məcəlləsinə və Milli Məclisinin Daxili Nizamnaməsinə düzəlişlərin edilməsinə dair layihənin müzakirəsi təxirə düşüb.
Oktyabrda müzakirəsi nəzərdə tutulan layihə ilə bağlı müzakirələr növbəti sessiyada aparılacaq.
Layihədə əsas mübahisəli məqam davranışına və yol verdiyi digər ciddi nöqsanlara görə deputat mandatının geri alınması qaydasının tənzimlənməsidir. Bu halda hansı tərəfin qərarına əsasən deputatın mandatdan məhrum edilməsi məsələsi ilə bağlı ortaq məxrəcə gəlinməyib.
Qeyd edək ki, keçən sessiyada Milli Məclis “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun qəbul edib, Azərbaycan prezidenti tərəfindən təsdiq olunub. 13 maddədən ibarət olan qanunda Milli Məclisin iclaslarında etik davranış, insanların hüquqlarına, işgüzar nüfuzuna hörmət, qərəzsizlik, qanunsuz maddi və qeyri-maddi nemətlərdən, imtiyazlar və güzəştlərdən imtina, hədiyyə alma qadağası şərt kimi qoyulur.
Layihəyə sonradan edilən yeniliklərdə 4-cü maddədə deputata hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlər etməməklə yanaşı, qeyd olunmuş "bu cür çağırışlar etməmək" qadağası götürülüb. Layihənin 6-cı maddəsinin 4-cü bəndi də ləğv olunub: “Deputat Azərbaycan Respublikasının Milli Məclisinin nüfuzunu möhkəmləndirməyə, deputat adını, şərəf və ləyaqətini uca tutmağa borcludur”. 8-ci maddəyə yeni bənd əlavə edilib: “Deputat vəzifələrini icra edərkən qərəzsiz olmalıdır”. 13-cü maddədə isə İntizam Komissiyasının vəzifələri sırasından bu bənd çıxarılıb: “Deputatlar tərəfindən etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ictimaiyyəti məlumatlandırır”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?