"Bu danışıqların Bakıda keçirilməsi Azərbaycana olan etimadın nümunəsidir" - Prezident İlham Əliyev
Prezident İlham Əliyev sentyabrın 7-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Valeri Gerasimovla qərbli həmkarları arasında Bakıda növbəti görüşün keçirilməsi üçün Azərbaycan tərəfinin məmnunluqla şərait yaratdığını vurğulayıb, qeyd edib ki, bu danışıqlar risklərin qarşısının alınması, qarşılıqlı etimadın möhkəmlənməsi işinə xidmət edir: "Biz qlobal miqyasda ümumi gərginliyin azaldılmasında maraqlıyıq və Bakıda artıq ikinci dəfədir ki, bu mühüm danışıqların keçirilməsindən məmnunluq hissi duyuruq".
Prezident İlham Əliyev qeyd edib ki, bu danışıqlar həm Azərbaycana olan etimadın nümunəsi, eyni zamanda, Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin yaxşı göstəricisidir. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanla Rusiya arasında bütün digər sahələrdə olduğu kimi, hərbi və hərbi-texniki sahədə də uğurlu əməkdaşlıq həyata keçirilir. Bu yaxınlarda keçirilən Beynəlxalq Ordu Oyunlarına toxunan dövlət başçısı Azərbaycanın da bu yarışların keçirildiyi məkana çevrildiyini vurğulayaraq qeyd edib ki, ölkəmiz bu tədbirlərə az bir zamanda qoşulmasına baxmayaraq, artıq fəal iştirakçıya çevrilib.
Prezident İlham Əliyev ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirib. Qeyd edib ki, bu səfər gündəlikdə duran məsələlərin və əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradır.
Valeri Gerasimov Rusiya ilə Azərbaycanın bütün sahələrdə, o cümlədən hərbi və hərbi-texniki sahələrdə də uğurlu əməkdaşlıq həyata keçirdiyini deyib. O qeyd edib ki, ölkələrimiz arasında ənənəvi olaraq dostluq münasibətləri mövcuddur və Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır.
Beynəlxalq Ordu Oyunlarına toxunan Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi məmnunluqla vurğulayıb ki, Azərbaycan komandası ötən il iki oyunda iştirak etmişdisə, bu il artıq beş yarışda iştirak edib və tədbirlərdən birinin təşkilatçısı olub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?