Nəsimi Ağayev Paşinyanı erməni dilində salamladı - Video
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Berlində Almaniya Xarici Siyasət Cəmiyyətində keçirilən tədbir zamanı Ermənistan Baş naziri Nikol Paşinyanı erməni dilində salamlayıb.
“Bununla bağlı görüntüləri “Sputnik Ermənistan” yayıb.
Paşinyana erməni dilində “Almaniyaya xoş gəlmisiniz” deyən səfir çıxışına ingilis dilində davam edib.
N.Ağayevin sözlərinə görə, regionda bir neçə il əvvəl təsəvvür edilməsi çətin olan böyük dəyişikliklər baş verir: “Bu, münasibətlərimizdə nail olduğumuz ən sabit və dinc dövrdür. Biz övladlarımızın, nəvələrimizin bu ağrılı və uzunmüddətli münaqişəni miras almayacağına nail olmuşuq. Ümid edirəm ki, onlar daim sülh şəraitində yaşayacaq və əlbəttə ki, Azərbaycan sülh gündəliyinin təşəbbüskarı olub”.
Səfir həmçinin Vaşinqton razılaşmalarının tam şəkildə həyata keçiriləcəyinə ümid etdiyini deyib.
Bununla belə, Ağayev son maneə - Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsini də vurğulayıb:
“Ümid edirik ki, sülh müqaviləsini rəsmi olaraq imzalamaq üçün bu da aradan qaldırılacaq”.
Xatırladaq ki, N.Paşinyan dekabrın 9-da Berlinə səfər edib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır