"Dövlət xidmətləri haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "Dövlət xidmətləri haqqında" qanunun tətbiqi barədə Fərman imzalayıb.
Qanun dövlət xidmətləri sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri tənzimləyəcək.
Qanuna əsasən, dövlət xidməti xidmət təminatçıları tərəfindən səlahiyyətlərinin icrası ilə əlaqədar göstərilən və müəyyən hüquqi nəticənin yaranmasına, yaxud xidmət İstifadəçisinə zəruri informasiyanın verilməsinə səbəb olan hərəkətlərin məcmusudur. Dövlət xidmətinin göstərilmə yeri xidmət təminatçısı tərəfindən öz inzibati binasında və ya ondan kənarda dövlət xidmətinin göstərildiyi məkan, o cümlədən səyyar xidmətin göstərildiyi yer, habelə dövlət xidmətlərinin göstərildiyi vahid xidmət mərkəzi və ya informasiya sistemidir. Vahid xidmət mərkəzi dövlət xidmətlərinin xidmət təminatçıları və özəl təşkilatlarla birgə göztərildiyi məkandır. Dövlət xidmətinin dizaynı dövlət xidmətinin formalaşdırılması sahəsində ehtiyac və tələbləri müəyyən edən, konseptual və funksional həllər toplusudur.
Dövlət Xidmətlərinin Elektron Reyestri (bundan sonra DXER) dövlət xidmətləri barədə məlumatları əks etdirən vahid informasiya sistemidir. Bununla yanaşı, layihədə xidmət istifadəçilərinin dairəsi, onların hüquq və vəzifələri də konkret olaraq müəyyən edilib.
Dövlət xidmətlərinin göstərilməsində korrupsiya risklərinin azaldılması məqsədilə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla dövlət xidmətinə müraciətlərin ardıcıllıqla həyata keçirilməsi üçün qanun layihəsinə növbəlilik prinsipi gətirilib.
Dövlət xidməti Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edildikdən sonra həmin xidmətin göstərilməsinə yol veriləcək.
Qanunda dövlət xidmətinin göstərilməsi nəticəsi elektron sənəd yaxud kağız daşıyıcıda inzibati akt, hüquqmüəyyənedici və texniki sənədlər şəklində və ya informativ elektron xidmətlər üzrə məlumatın verilməsi ilə həyata keçirildiyi qeyd edilir.
Dövlət xidmətinin keyfiyyətinə nəzarət mexanizmi müəyyən edilir. "ASAN xidmət indeks" qiymətləndirilməsi mexanizmi daha da təkmilləşdirilərək qiymətləndirilmə aparıldıqdan sonra dövlət xidmətinin keyfiyyətinə nəzarət üçün əsaslardan hesab ediləcək.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır