“3+3” formatında görüşün Bakıda və ya İrəvanda keçirilməsinə nə mane olur?
“3+3” formatında növbəti görüşün tarixi və yeri hələ müəyyənləşdirilməyib.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, iclasın təşkili məsələsi artıq bir neçə aydır müzakirə olunur. İştirakçı ölkələr görüşün İrəvan və ya Bakıda keçirilməsi variantlarını nəzərdən keçirirlər. Nazirlik xatırladıb ki, regional məsləhətləşmə platformasının əvvəlki iclasının nəticələrinə əsasən, tərəflər növbəti görüşün tarix və yerinin diplomatik kanallar vasitəsilə müəyyənləşdirilməsi barədə razılığa gəliblər. Bu, qarşılıqlı anlayışa əsaslanır ki, növbəti iki iclas İrəvan və Bakı şəhərlərində keçirilməlidir.
Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, “3+3” formatında zirvə toplantısı, liderlərin görüşü ya Bakıda, ya da İrəvanda keçirilməlidir, çünki digər ölkələrdə artıq bu cür görüşlər keçirilib. Gürcüstan isə bu prosesə Rusiya ilə eyni formatda olmaq istəmədiyi səbəbindən qatılmır.
Politoloqun sözlərinə görə, toplantı Bakıda keçiriləcəksə, İrəvandan Ermənistan liderinin Bakıya səfər etməsi, eləcə də İrəvanda keçiriləcəksə, Azərbaycan Prezidentinin İrəvana səfər etməsi məsələsi açıq və problem olaraq qalır:
“Azərbaycanla Ermənistan arasında sülh sazişinin hələ imzalanmaması bu məsələnin həllinə mənfi təsirini göstərir. Sülh sazişi imzalansaydı, bu məsələ də asan həll olunardı. Ona görə də mümkündür ki, Ermənistanda parlament seçkilərindən, konstitusiya dəyişikliyindən və bunun ardınca sülh sazişi imzalanmasından sonra “3+3” formatında görüş Bakıda və ya İrəvanda keçirilsin. Bu halda ya Azərbaycan Prezidentinin Ermənistana səfəri baş tutacaq, ya da Ermənistan baş nazirinin Azərbaycana səfəri reallaşacaq”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır