Milli Məclisdə təklif: Texnoİnnovasiya Fondu yaradılsın
2026-cı il büdcə zərfi üzərində aparılan iş yüksək səviyyədə olsa da, aşağıdakı istiqamətlərdə əlavə təkmilləşmənin həyata keçirilməsi bu sənədi gələcəkdə daha da gücləndirə bilər.
Bunu deputat Tahir Mirkişili Milli Məclisdə 2026-cı il dövlət büdcə zərfinin müzakirəsi zamanı deyib.
Deputat bunları təklif edib:
"1. Qeyri-neft gəlirlərinin artırılması üçün məhsuldarlığa əsaslanan vergi siyasəti. Hesab edirəm ki, ƏDV və mənfəət vergisində güzəştlərin əsasən məhsuldarlıq, ixrac və məşğulluq göstəricilərinə bağlı olması daha faydalı ola bilər. Güzəşt alan müəssisələrin illik “performans hesabatı” təqdim etməsi bu güzəştlərin qiymətləndirilməsində əvəzziz rol oynaya bilər. Nümunə üçün deyim ki, Nazirlər Kabinetinin daxili istehsalda istifadə edilən 272 adda xammal və aralıq malların idxalına tətbiq olunan gömrük rüsumlarının 2024-cü il 1 yanvar tarixindən 7 il müddətinə “0” dərəcəyə endirilməsi haqqında qərarı ixraca öz müsbət nəticələrini verməyə başlamışdır.
2. Rəqəmsal iqtisadiyyat və innovasiya fondu. Hesab edirəm ki, Elm və rəqəmsallaşma sahələri üçün dövlət və özəl kapitalın birgə “Texnoİnnovasiya Fondu” yaratması startap ekosisteminə və universitet tədqiqatlarına birbaşa maliyyə dəstəyinin verilməsi imkanlarını xeyli artıra bilər. Prezident cənab İlham Əliyevin Elmlər Akademiyasında çıxışı zamanı elm və texnologiyalar üçün müəyyən etdiyi hədəflərin maliyyə imkanlarının yaradılmasına da bu addım həmçinin, xeyli faydall ola bilər.
3. Güzəşt siyasətinin nəticə əsaslı qiymətləndirilməsi. Düşünürəm ki, hər 3 ildən bir “Güzəşt Effektivliyi Sənədi”nin tərtib olunması, müəyyən edilmiş səmərəsiz güzəştlərin mərhələli şəkildə ləğv edilməsi şəffaflığın artırılması və vergi bazasının genişləndirilməsi baxımından xeyli faydalı ola bilər".
Deputat qeyd edib ki, 2026-cı il büdcə zərfi yeni iqtisadi reallıqlar, regional geosiyasi risklər və daxili sosial öhdəliklər fonunda ümumən tarazlaşdırılmış və strategiyalarla uyğunlaşdırılmış sənəddir.
"Düşünürəm ki, sosial məsuliyyət, iqtisadi məhsuldarlıq və innovasiya üçlüyü arasında sinerji yaratmaqla Azərbaycan post-neft dövründə regionun ən dayanıqlı iqtisadi modelinə çevrilməyi bacaraqdır. Bunun üçün bizim böyük potensialımız vardır.
İqtisadi siyasətin məqsədi sadəcə büdcəni balanslaşdırmaq deyil - büdcəni dəyərə çevirməkdir. Bu konteksdə hesab edirəm ki, təqdim olunan qanun layihəsi növbəti ildə dövlətimiz qarşısında duran hədəflərə çatmaq üçün lazımi missiyanı yerinə yetirəcəkdir", - deputat vurğulayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır