Prezident onları təbrik etdi - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev Oman Sultanı Heytəm bin Tariq Al Səidə təbrik məktubu ünvanlayıb.
“Məktubda deyilir:
“Əlahəzrət,
Oman Sultanlığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Oman xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.
***
Dövlət başçısı həmçinin Latviya Prezidenti Edqars Rinkeviçsə də təbrik məktubu ünvanlayıb.
“Hörmətli cənab Prezident,
Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan-Latviya münasibətlərinin xoş ənənələri vardır. Xalqlarımızın tarixi əlaqələri, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi müxtəlif sahələrdə səmərəli əməkdaşlığımızın genişlənməsi üçün yaxşı imkanlar yaradır.
Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək, əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Latviya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”, - məktubda deyilir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır