Prezidentin köməkçisi: Çin-Azərbaycan münasibətləri hərtərəfli strateji tərəfdaşlığa əsaslanır
Çin-Azərbaycan münasibətləri hərtərəfli strateji tərəfdaşlığa əsaslanır və bir çox sahələrdə dinamik inkişaf edir.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan və Çinin çox gözəl siyasi əlaqələri var: “Əlaqələrimizin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin bu il Çinə dövlət səfəri mühüm rol oynadı. Bu gün həmçinin Çin Xalq Respublikasının sədri Si Cinpin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında daha bir səmərəli görüş oldu. Onlar bir-birlərini “Mənim əziz dostlarım” adlandırır. Bu ruh bir daha Çin və Azərbaycan arasındakı dostluq əlaqələrinin təcəssümüdür. Azərbaycan həmişə tək Çin siyasətini dəstəkləyib. Biz Çinin Tayvan, Honq-Konq və Sincan bölgəsi ilə bağlı siyasətini dəstəkləyirik”.
Azərbaycan və Çinin terrorizm, ekstremizm və separatizmlə mübarizədə səylərini qeyd edən Hikmət Hacıyev deyib ki, Çin və Azərbaycan ölkələrin daxili işlərinə qarışmama və ölkələrin iqtisadi inkişaf modeli üçün suveren seçim prinsiplərini rəhbər tuturlar: “Bu siyasi ruh həm də ölkələrimiz arasında iqtisadi-ticari əlaqələr, texnoloji əməkdaşlığa çevrilir. Bu gün Azərbaycan Prezidenti Çinin enerji, bərpa olunan enerji texnologiyası, rabitə, bir çox başqa sahələr üzrə aparıcı şirkətləri ilə görüşlər keçirəcək. Ümid edirik ki, bu səfər Çin-Azərbaycan iqtisadi-ticarət əlaqələrinin gələcək inkişafına səmərəli töhfə verəcək”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır