XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » "Kremlin propaqanda itlərinin üstümüzə hürmələri heç nəyi dəyişmir"

"Kremlin propaqanda itlərinin üstümüzə hürmələri heç nəyi dəyişmir"

"Kremlin propaqanda itlərinin üstümüzə hürmələri heç nəyi dəyişmir"
28-08-2025, 12:39


"Kremlin propoqanda itlərinin yenidən üstümüzə hürməkləri heç nəyi dəyişmir".

Bu sözləri Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin "Əl-Ərəbiyyə"yə bildirdiyi kimi, 1920-ci ildə rus ordusu Azərbaycanı işğal etmişdi:

"İşğalın işğal adlandırılmasından qeyzlənənlərin məqsədi onu bir daha təkrarlamaqdırsa, onda dövlət başçımızın Kəlbəcərdə ordumuzun necə gücləndirildiyi haqda dediklərinə diqqət yetirsinlər. Və onu da bilsinlər ki, 1920-ci ildə bu işğala məcburiyyətdən irəli gələn kənar dəstək göstərilmişdisə, indi onun yerinə sərt qarşıdurma ilə üzləşəsidirlər. Çünki ortada Şuşa Bəyannaməsi-Türkiyə ilə hərbi-siyasi müttəfiqlik var. Rus ordusunun bir vaxtlar ayrı-ayrılıqda işğal etdiyi türk məmləkətləri Türkiyə ilə birlikdə dövlət başçımızın "Əl-Ərəbiyyə"də gələcəyin qlobal oyunçusu kimi dəyərləndirdiyi TDT-də birləşiblər".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.