Beynəlxalq mətbuat 3-cü Şuşa Qlobal Media Forumuna geniş yer ayırıb
Beynəlxalq mətbuat 3-cü Şuşa Qlobal Media Forumunu geniş şəkildə işıqlandırıb.
"Reuters" (İngiltərə), "Deutsche Welle" (Almaniya) və EFE (İspaniya) agentlikləri ölkə başçısı İlham Əliyevin Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı beynəlxalq məhkəməyə dosyenin hazırlanması fikirlərinə xüsusi yer ayırıb.
"Bankier" (Polşa) və "Quds" (İran) nəşrləri isə yazır ki, Azərbaycan Prezidenti Ukraynanı təslim olmamağa çağırıb.
"Javan" (İran) nəşri isə "İlham Əliyev: Biz Zəngəzur dəhlizini növbəti yazadək reallaşdıracağıq" başlıqlı geniş yazı hazırlayıb.
"Europa Press" (İspaniya) Prezident İlham Əliyevin sitatlarına geniş yer ayıraraq oxucularının diqqətinə çatdırır ki, Azərbaycan və Ermənistan arasında sülh çox yaxındır.
Türkiyənin TGRT, "Karar", "Yeni Akıt", "Sözçü" və s. nüfuzlu nəşrləri də dövlət başçısının forumda səsləndirdiyi fikirlərə geniş yer ayırıb və əsas xəbər kimi təqdim edib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır